Boks üzrə dünya çempiyonu öldü

04.12.2024

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Boks üzrə dünya çempionu, meksikalı İsrael Vaskes 47 yaşında vəfat edib.

News24.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının (WBC) prezidenti Maurisio Süleyman X hesabında məlumat yayıb.

O, uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.

Qeyd edək ki, İ.Vaskes 2010-cu ildə peşəkar karyerasını başa vurub. Ümumilikdə karyerası ərzində 49 döyüş keçirən dəri əlcək ustası 32-si nokautla olmaqla 44 qələbə qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью