Boks üzrə keçmiş dünya çempionu vəfat etdi

03.12.2024

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Beynəlxalq Boks Federasiyası və Ümumdünya Boks Şurasının (WBC) versiyasına görə ikinci ağır çəki dərəcəsində keçmiş dünya çempionu meksikalı İsrael Vaskes 47 yaşında vəfat edib.

Oxu.Az "Mirror"a istinadən xəbər verir ki, bu barədə WBC prezidenti Maurisio Suleyman "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Məlumata görə, Vaskes uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.

Vaskes 2010-cu ildə peşəkar karyerasını başa vurub. Ümumilikdə, karyerası ərzində 49 döyüş keçirib, 44 qələbə qazanıb (32 nokautla).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью