Boks üzrə Naxçıvan komandasının üzvü ölkə çempionatının mükafatçısı olub

28.01.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 28 yanvar, AZƏRTAC

Bakı şəhərində kişi və qadın boksçular arasında Azərbaycan çempionatı keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Boks Mərkəzində reallaşan yarışda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 33 komandanın 166 boksçusu mübarizə aparıb.

Yanvarın 22-dən 28-dək davam edən ölkə çempionatında Naxçıvan Muxtar Respublikası baş məşqçi Elnur Kərimli, məşqçi Aftandil Musayev, idmançılar Elbrus Kərimli, Ucal Musayev və Elvin Quliyevlə təmsil olunub.

Komandanın idmançılarından Ucal Musayevin çıxışı uğurlu alınıb. Yarışda 50 kq çəki dərəcəsində mübarizə aparan boksçu 3 rəqibini mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb. Bilalhəbaşi Nəzərovla keçirdiyi həlledici görüşdə məğlubiyyət yaşayan U.Musayev gümüş medala layiq görülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью