Boksçu Fərid Sadıqov dopinqə görə yarışlardan 4 illik kənarlaşdırılıb

17.04.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan boksçusu Fərid Sadıqov dopinq qaydalarını pozduğu üçün 48 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

Apasport.az xəbər verir ki, Sadıqovun nümunələrində qadağan olunmuş maddələrin, onların metabolitlərinin və ya markerlərinin izləri aşkarlanıb.

Bununla yanaşı, o, həm də qadağan edilən maddədən və ya üsuldan istifadə etdiyi və ya bu istiqamətdə cəhd göstərdiyi üçün də cəzalandırılıb.

Diskvalifikasiya qərarı 2024-cü il yanvarın 1-dən qüvvəyə minib və sanksiya 2028-ci ilin eyni tarixinə qədər davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью