“Boksçular arasında elə bir rəqabət var ki, sanki dünya çempionatıdır” Vaqif Kazımov ə DANIŞDI

03.10.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Bu gün Yevlaxda MDB Oyunlarının boks turnirində yarımfinal görüşləri start götürür.

Starta bir neçə dəqiqə qalmış İdman.biz-in Yevlaxa ezam olan əməkdaşı U-16 boks yığmamızın baş məşqçimiz Vaqif Kazımovdan açıqlama alıb.

O, yetirmələrinin medallar uğrundakı şanslarını dəyərləndirib.

“Yarımfinala 14 boksçumuzun çıxması yaxşı nəticədir, amma rəqabət burada çox yüksəkdir. Hətta yarımfinal döyüşlərində rəqabət elə bir səviyyədədir ki, sanki dünya çempionatı keçirilir. Bizə burada Özbəkistan, Tacikistan və Rusiya boksçuları ilə qarşılaşacağıq və onları məğlub etmək çox çətin olacaq. Buna baxmayaraq, ümid edirəm ki, bir neçə boksçumuz finala çıxacaq və biz qızıl medal qazana biləcəyik”.

Vüqar Vüqarlı

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью