Boksçularımız 2025ə Göygöldə start verdilər

13.01.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası yeni ilin ilk təlim-məşq toplanışına start verib. Sport24.az xəbər verir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığa Göygöldə başlayıb.

Komandamızın yeni çalışdırıcısı toplanışa 36 boksçu cəlb edib. Göygöl Olimpiya İdman Kompleksində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq yanvarın 25-də yekunlaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью