Boksçularımız Aktauda beynəlxalq turnirdə 2 medal qazanıblar

06.09.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxıstanın Aktau şəhərində boks üzrə keçirilən beynəlxalq turnir başa çatıb.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi Şokır Beltekulının xatirəsinə həsr olunan A kateqoriyalı ənənəvi yarışı 2 medalla başa vurub.

Boksçularımızdan Məhəmməd Aşırəliyev (60 kq) və Ruslan Rüstəmov (65 kq) fəxri kürsüyə yüksəliblər.

Onların hər ikisi turniri bürünc medalla başa vurublar.

Dünya çempionatında boksçularımızın ilk rəqibləri bəlli olub Azərbaycan boksçuları İngiltərədə keçirilən dünya çempionatında iştirak edəcəklər Millimiz dünya çempionatına 11 boksçu ilə qatılacaq Boksçularımız Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq Azərbaycan boksçuları Çində 4 medal qazanıblar
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью