Boksçularımız Almatıda 2 qızıl və 3 bürünc medal qazanıblar

30.05.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstanın Almatı şəhərində ordu generalı Sadaqat Nurmaqambetovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib.

İdman.biz xəbər verir ki, yarışa Ordu İdman Klubunun heyətində qatılan Azərbaycan millisinin üzvləri 5 medal qazanıblar.

Boksçularımızdan Sübhan Məmmədov (48 kq) finalda Nurqisa Turabekovu (Qazaxıstan), Maqsud Xasmetov (63,5 kq) Nurlibek Usmanovu (Qazaxıstan) məğlub edərək birinci yeri tutub.

Tural Sarıyev (51 kq), İlqar Salahov (67 kq) və Sərxan Əliyev (71 kq) isə bürünc medala yiyələniblər.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью