Boksçularımız beynəlxalq turnirə qələbə ilə start verib

24.02.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” beynəlxalq turnirinə start verilib.

Apasport.az xəbər verir ki, 31 ölkədən 338 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü qələbə qazanıb.

50 kq-da Bilalhəbaşi Nəzərov 1/8 finalda Luis Runini (İrlandiya) sınağa çəkib. Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 4:1 (30:27, 30:27, 28:29, 29:28, 30:27). O, növbəti görüşünü fevralın 27-də Rudolf Qarboyana (Ermənistan) qarşı keçirəcək.

Məhəmmədəli Aşırəliyev (60 kq) də turnirə qələbə ilə başlayıb. O, 1/16 finalda Mişel Baldassini (İtaliya) 3:2 (30:27, 29:28, 28:29, 30:27, 28:29) hesabı ilə məğlub edib. Azərbaycan çempionu növbəti qarşılaşmasında Yazal Hussam Seyfellə (Misir) üz-üzə gələcək. Döyüş fevralın 25-də olacaq.

Qeyd edək ki, yarışa martın 1-də yekun vurulacaq.

16 yaşlı boksçu məşq zamanı vəfat edib Qız boksçular arasında ölkə çempionatına yekun vurulub Azərbaycan çempionatı: Oğlan boksçular arasında yarımfinalçılar, qızlarda finalçılar müəyyənləşib Azərbaycan çempionatında ikinci günün görüşləri başa çatıb Boks üzrə ölkə çempionatının ilk günündə 41 döyüş keçirilib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью