Boksçularımız bu gün Avropa çempionatında qızıl üçün döyüşəcəklər

24.11.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan boks millisinin iki üzvü bu gün Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatının finalında rinqə çıxacaq.

İdman.Biz xəbər verir ki, 50 kq çəki dərəcəsində Bilalhəbaşi Nəzərovun rəqibi türkiyəli Tevfik Akkaş olacaq. 70 kq-da mübarizə aparan Nicat Alırzayev isə qızıl medal uğrunda gürcüstanlı Zviad Çoçua ilə döyüşəcək.

Hər iki təmsilçimiz ən azı gümüş medalı təmin edib.

Nəzərov yarımfinalda israilli David Zaxarini hakimlərin yekdil qərarı ilə - 5:0 hesabı ilə məğlub edib. Alırzayev isə fransalı Cemal Cemmalı 4:1 hesabı ilə üstələyərək həlledici görüşdə iştirak hüququ qazanıb.

Xatırladaq ki, Azərbaycan millisinin digər üzvləri Məhəmmədəli Aşırəliyev (60 kq) və Zidan Hünbətov (55 kq) yarışı bürünc medalla başa vurublar. Beləliklə, komandamız çempionatı dörd medalla tamamlayacaq.

Qeyd edək ki, bu gün final sessiyaları Bakı vaxtı ilə saat 16:00 və 20:30-da başlayacaq.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью