Boksçularımız dünya çempionatına qələbə ilə başlayıb

21.10.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Monteneqronun Budva şəhərində boks üzrə U-19 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, mundialın beşinci günündə rinqə çıxan Azərbaycan millisinin 3 idmançısının hər biri qələbə qazanıb.

Gülər Hüseynova (51 kq) 1/16 finalda Diana Dudinlə (Ukrayna) üz-üzə gəlib. Boksçumuz hər 3 raundu aktivinə yazıb və 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, növbəti görüşündə Nataşa Lukiçlə (Serbiya) gücünü yoxlayacaq.

Şahin Aslanov (65 kq) da dünya çempionatına qələbə ilə başlayıb. O, Emir Serifoviçi (Bosniya və Herseqovina) 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. Aslanov 1/8 finalda Robert-Jsolt Buzasla (Rumıniya) qarşılaşacaq.

Renat Qiyaslı (80 kq) isə 1/16 final döyüşünü erkən xeyrinə bitirib. O, Daniil Paninə (Estoniya) üçüncü raundda tam üstünlüklə qalib gəlib. Boksçumuz növbəti sınağında Tiberio Nokadello (İtaliya) ilə mübarizə aparacaq.

Hər 3 döyüş oktyabrın 22-də olacaq.

Qeyd edək ki, dünya çempionatının qalibləri oktyabrın 27-də bəlli olacaq.  

Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub İstamov Avropa çempionu oldu Boksçularımızdan Avropa çempionatında daha bir medal Azərbaycan boksçusu Avropa çempionu olub
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью