Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən boks üzrə Dünya kuboku başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi 15 ölkənin qatıldığı yarışda 4 medal qazanıb.
Məşqçi Rafiq İsmayılovun rəhbərlik etdiyi komandada Malik Həsənov (67 kq) Dünya kubokunun qalibi olub.
O, finalda Enxtor Teqşjarqalı (Monqolustan) məğlub edərək qızıl medala yiyələnib.
Digər boksçularımızdan Yadigar Əliyev (51 kq) gümüş, Əli Miriyev (60 kq) və Novruzəli Quliyev (75 kq) bürünc mükafat əldə edib.
Azərbaycan boksçuları neft ölkələri arasında Dünya kubokunda mübarizə aparacaqlar ABF rəhbərliyi dünya çempionatından öncə milli üzvləri ilə görüşüb Dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil edəcək Azərbaycan boksçusu Avropa çempionu olub Boksçumuz Avropa çempionatının finalına yüksəlib Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.