Boksçularımız Gürcüstan və Qazaxıstan milliləri ilə birgə hazırlıqda

01.04.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının növbəti mərhələsinə start verib.

İdman.biz xəbər verir ki, hazırlıqlar baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında Göygöldən sonra Bakıda davam etdirilir.

Bakı Boks Mərkəzində təşkil olunan toplanışda yığmamızla yanaşı, Gürcüstan və Qazaxıstan milliləri də iştirak edirlər. Birgə məşqlər aprelin 10-da yekunlaşacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью