Boksçularımız Gürcüstanda 13 medal qazanıblar

18.07.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Gürcüstanın Qori şəhərində 17 yaşadək boksçular (U-17) arasında beynəlxalq turnir keçirilib.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisi 5 ölkənin qatıldığı yarışda 5 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıb.

Bütün rəqiblərinə qalib gələn Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Əli Abaslı (60 kq), Yusif Həsənli (66 kq) və Şükar Əliyev (80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Vaqif Məhəmmədli (50 kq), Qardaş Rəhimov (54 kq), Əli Camalzadə (57 kq), Yusif Ağakişiyev (75 kq), Saleh Fərəcov (80 kq), Mehran Rəsulov (+80 kq) ikinci, Aydın Şahbazov (46 kq) və Sabir Rüstəmov (60 kq) üçüncü yeri tutublar.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью