Boksçularımız Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcək

04.06.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

İyunun 5-də Gürcüstanda gənc boksçular arasında beynəlxalq turnir start götürəcək.

İdman.biz xəbər verir ki, Poti şəhərində 4 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov turnirdə Bilalhəbaşi Nəzərov, Nihat Qasımov (hər ikisi 50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (57 kq), Bagir Əmirxanlı, Tamerlan Əlimzanov (hər ikisi 60 kq), Vaqif Hacıyev (65 kq), Rza Rzayev (75 kq), Hüseyn Hüseynli (90 kq), Məhəmməd Cəfərova (+90 kq) şans verəcək.

Yarışda Fərhad Rəhmanov ölkəmizi hakim kimi təmsil edəcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью