Boksçularımız Niderlandda 3 medal qazanıblar

11.06.2025

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın boks millisi Niderlandın Eyndhoven şəhərində keçirilmiş beynəlxalq turniri 3 medalla başa vurub. Bu barədə mətbuata Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığmanın heyətində Məhəmmədəli Aşurəliyev (60 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əli Abdullayev (65 kq) yarışı gümüş, Nəbi İsgəndərov (70 kq) isə bürünc medalla bitirib.

M.HACIXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью