Boksçularımız “Qələbə kuboku”nda yarımfinala vəsiqə qazanıb

23.05.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyada boks üzrə “Qələbə kuboku”na start verilib.

İdman.biz xəbər verir ki, yarışa “Bakı” adı altında qatılan Azərbaycan millisi turnirə 1/4 final mərhələsindən başlayıb.

Permdə keçirilən “Qələbə kuboku”nda boksçularımızın rəqibləri “Ural” olub. “Bakı” görüşü 3:2 hesabı ilə xeyrinə bitirib. 4 raunddan ibarət qarşılaşmalarda komandamızın heyətində Zaur Qəhrəmanov Mark Urvanovu, Səidcəmşid Cəfərov Xyşbaxt Kuldaşevi və Məhəmməd Abdullayev Aleksandr Dorofeyevi məğlub edib.

“Bakı” yarımfinal döyüşünə mayın 24-də çıxacaq. Görüş Volqoqrad şəhərində baş tutacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью