Boksçularımızdan Avropa çempionatına 3 qələbə ilə start

14.08.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatına start verilib.

Apasport.az xəbər verir ki, 35 ölkənin qatıldığı yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Boksçularımızdan üçü çempionata qələbə ilə başlayıb.

Gülər Hüseynova (51 kq) 1/8 finalda Nataşa Lukiçlə (Serbiya) döyüşüb. Hər 3 raundu aktivinə yazan boksçumuz yekunda rəqibini 5:0 (30:26, 30:25, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. O, avqustun 17-də 1/4 finalda ilk mərhələdən azad olan Patrisia Petrimanla (Macarıstan) qarşılaşacaq.

Əli Əliyev (50 kq) də Avropa çempionatına qələbə ilə başlayıb. O, 1/16 finalda İmad Bouraouiaya (İtaliya) qalib gəlib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). Milli üzvü avqustun 15-də ikinci görüşündə Adrian Zameçiki (Slovakiya) sınağa çəkəcək.

Əli Baxışov (60 kq) da adını 1/8 finala yazdırıb. Təmsilçimiz Artur Avetisyanla (Ermənistan) döyüşdə hakimlərin yekdil qərarı ilə qələbə qazanıb – 5:0 (28:25, 27:26, 27:26, 27:26, 27:26). O, avqustun 16-da Petar Krpanla (Xorvatiya) üz-üzə gələcək. 

Qeyd edək ki, Avropa çempionatına avqustun 21-də yekun vurulacaq.

Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar Millimiz Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək Millimiz Şamaxıya yollanıb Boksçularımız Kastamonuda Türkiyə millisi ilə hazırlıq keçəcək Boksçularımız Avropa çempionatı üçün Almaniyada hazırlıq keçəcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью