Boksçularımızdan Eyndhoven kubokunda 3 medal

10.06.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Niderlandın Eyndhoven şəhərində boks üzrə beynəlxalq turnir keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışı 3 medalla başa vurub.

Yığmamızın heyətində Məhəmmədəli Aşurəliyev (60 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əli Abdullayev (65 kq) Eyndhoven kubokunu gümüş, Nəbi İsgəndərov (70 kq) isə bürünc medalla bitirib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью