Boksçularımızın 13 Avropa və Dünya medalı

27.10.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatına yekun vurulub. Azərbaycan millisi yarışı 10 medalla başa vurub. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, komandamızın heyətində Teymur Tanrıverdiyev (90 kq) Avropa çempionu tituluna yiyələnib. O, finalda Riçard Ovidiuya (Rumıniya) 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala sahib olub.

Sənan Nəsibli (52 kq), Yusif Əli (57 kq), Sərxan Haxverdiyev (70 kq) gümüş, Nuray Qafarova (50 kq), Ələkbər Məmmədli (44 kq), Gülay Ocaqova (57 kq), Sadiq Xəlilov (54 kq), Sunay Əzimov (60 kq) və Rafael Abbasov (66 kq) isə bürünc mükafat qazanıblar.

Qeyd edək ki, Monteneqronun Budva şəhərində boks üzrə U-19 Dünya çempionatı da başa çatıb. Azərbaycan komandası çempionatı 2 medalla başa vurub. Boksçularımızdan Nihat Qasımov (55 kq) və Səfdər Məmmədzadə (+90 kq) fərqləniblər. Onların hər ikisi bürünc medal qazanıb.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью