Boksçuların U19 Dünya çempionatı

16.10.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Monteneqronun Budva şəhərində 19 yaşadək boksçular arasında Dünya çempionatı start götürəcək. 12 gün davam edəcək mundiala Azərbaycan millisi 9 idmançı ilə qatılacaq.

Baş məşqçi Elbrus Rzayev U19 Dünya çempionatında Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (80 kq) və Səfdər Məmmədzadəyə (+90 kq) şans verəcək.

Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Banuçiçək Nəsirli (48 kq) ilə Gülər Hüseynovaya (51 kq) güvənəcək.

Yarışda Emil Qurbanəliyev hakimlər sırasında yer alacaq. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью