Boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb

03.10.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan boksçusu Sübhan Babayev U-19 Avropa çempionatına qələbə ilə başlayıb. 60 kq çəkidə mübarizə aparan milli üzvü 1/8 finalda Luka Crnoqoraçı (Xorvatiya) mübarizədən kənarlaşdırıb.

Boksçumuz rəqibini 3:1 (29:27, 28:27, 29:27, 28:28, 27:29) hesabı ilə məğlub edib.

Babayev 1/4 finalda Simonas Puniskislə (Litva) üz-üzə gələcək. Döyüş oktyabrın 4-də olacaq.

Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.

Avropa çempionatı: İki boksçumuz 1/8 finala vəsiqə qazanıb Azərbaycanın daha 4 boksçusu III MDB Oyunlarında yarımfinala yüksəlib Azərbaycanın 3 boksçusu III MDB Oyunlarına qələbə ilə başlayıb Azərbaycanlı idmançı: “Məqsədimiz bayrağımızı yüksəltməkdir” Azərbaycanın 3 boksçusu III MDB Oyunlarına qələbə ilə başlayıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью