Boksçumuz Dünya Kubokunu bürünc medalla başa vurdu

05.07.2025

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Azərbaycan boksçusu Sübhan Mamedov (50 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunu bürünc medalla başa vurub.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Buna Mamedovun yarımfinalda yerli idmançı Sanjar Taşkenbaya uduzması səbəb olub.

Qeyd edək ki, 30 ölkədən 300-dək boksçunun qatıldığı Dünya Kubokunda yarımfinal döyüşləri davam edir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью