Boksçumuzla döyüşdən imtina edib Anaxanım İsmayılova 1/4 finalda

12.03.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatında mərhələ adlayıb.

İdman.biz xəbər verir ki, 48 kq-da mübarizə aparan Anaxanım İsmayılova döyüşmədən 1/4 finala yüksəlib.

Buna səbəb onun rəqibi Sbusisivi Fivokulenin (CAR) görüşdən imtina etməsi olub. Nəticədə İsmayılova qalib elan edilib.

Qeyd edək ki, mundialda bu gün daha 2 boksçumuz rinqə çıxacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью