BOKT 16 faizlə borc alır HƏRRAC TARİXİ

17.10.2025

Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.

19 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Regional" BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Marja.az Birjaya istinadən xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 24.10.2025-ci il tarixində keçiriləcəkdir.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "Regional" BOKT MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2004023407

İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu / forması:  Kütləvi / Birqiymətli Hərrac

İstiqrazların sayı: 10 000 (ədəd)

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi% 1 000 000 manat

İllik gəlirlilik faizi: 16%

Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir

Tədavül müddəti: 2 il

Ticarətə buraxılma tarixi: 24.10.2025

Anderrayter:  “Xalq Kapital İnvestisiya Şirkəti” QSC

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью