BOKT a illik 16 faizlə pul lazımdır İSTİQRAZ BURAXIR, ŞƏRTLƏR

03.09.2025

Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.

"Regional" Bank Olmayan Kredit Təşkilatı MMC istiqraz buraxılışı yolu ilə 1 milyon manat cəlb edir.

Marja.az xəbər verir ki, BOKT hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxır.

İstiqrazlar üzrə illik gəlirlilik dərəcəsi 16% təşkil edir.

Faizlər ayda bir dəfə ödəniləcəkdir.

İstiqrazların tədavül müddəti 2 ildir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью