BOKT İsmayıllıda filialını açır

24.09.2026

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bank Olmayan Kredit Təşkilatı “Caspian Invest” MMC regionlarda xidmət şəbəkəsini genişləndirir.

Marja.az xəbər verir ki, BOKT İsmayıllı rayonunda yeni filialının fəaliyyətə başlayacağını elan edib.

Şirkətin yaydığı məlumatda bildirilir ki, İsmayıllı filialı tezliklə müştərilərin xidmətində olacaq. Yeni filial vasitəsilə kredit məhsullarına ehtiyacı olan müştərilərə daha yaxın, rahat və sürətli xidmət göstərilməsi nəzərdə tutulur.

“Tezliklə İsmayıllı filialımız sizin xidmətinizdə! Kreditə ehtiyacınız olduqda daha yaxınınızda, daha rahat və sürətli xidmət üçün bizi gözləyin. İsmayıllıda görüşənədək!”, – şirkətin açıqlamasında qeyd olunur.

BOKT “Caspian Invest” MMC 28 sentyabr 2004-cü il tarixli 164-QB saylı lisenziya əsasında fəaliyyətə başlayıb. Şirkət pərakəndə biznes, kiçik və orta sahibkarlıq, eləcə də iri korporativ biznes istiqamətlərində maliyyələşdirmə xidmətləri göstərir. BOKT istehlak, biznes, lombard və lizinq daxil olmaqla müxtəlif kredit məhsulları təklif edir. Şirkətin məlumatına görə, fəaliyyətində müştəri xidmətlərinin keyfiyyətinin artırılmasına və kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə xüsusi diqqət yetirilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью