BOKT istiqraz buraxışılı yolu ilə 2 milyon manat cəlb edir

25.11.2025

Icma.az, Marja.az portalına istinadən məlumat verir.

Pərakəndə və mikro biznes kredit bazarında fəaliyyət göstərən"Kəpəz BOKT" MMC istiqraz buraxılışı yolu ilə 2 milyon manat cəlb edir.

Marja.az xəbər verir ki, BOKT hər birinin nominal dəyəri 100 manat olan 20 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxır.

İstiqrazlar iki tranşda yerləşdiriləcək. 1-ci buraxılış üzrə istiqrazların illik faiz dərəcəsi 15 faiz təşkil edir. 2-ci buraxılış üzrə isə istiqrazların illik faiz dərəcəsi yekun şərtlər ilə müəyyən olunacaq.

İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 30 gündən bir ödəniləcəkdir. 1-ci buraxılış üzrə istiqrazların tədavül müddəti 24 ay təşkil edir. İstiqrazların dəyəri tədavül müddətinin sonunda ödəniləcək. 

Yerləşdirmənin anderrayteri "Troni Învestisiya Şirkəti" QSC-dir.

“Kəpəz Bank Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının 100%-i 1 fiziki şəxsə məxsusdur. 

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью