BOKT istiqrazlarının illik faizini 18% dən 15% ə endirib

19.11.2026

Icma.az, Marja.az portalına istinadən məlumat yayır.

Bank olmayan kredit təşkilatı “International” ASC üç istiqraz buraxılışının yekun şərtlərini dəyişib. İstiqrazlar üzrə illik faiz dərəcəsi 3 faiz bəndi azaldılaraq 18%-dən 15%-ə endirilib, tədavül müddəti isə 36 aydan 24 aya qısaldılıb.

Marja.az şirkətin ümumi yığıncağının 5 oktyabr 2026-cı il tarixli 3 saylı protokolundan çıxarışa istinadən xəbər verir ki, dəyişiklikləri “International” ASC-nin 10 min səhminin hamısına sahib olan yeganə səhmdarı Rifat Həsənov təsdiqləyib.

İdarə Heyətinin sədri Nicat Həsənov dəyişiklik təklifini bazar şərtlərinin təhlili və təşkilatın maliyyə dayanıqlığının təmin edilməsi ilə əsaslandırıb.

Qərar Azərbaycan Mərkəzi Bankının 9 iyul 2026-cı ildə dövlət qeydiyyatına aldığı AZ2053021021, AZ2054021020 və AZ2055021029 nömrəli buraxılışlara, yəni 6, 7 və 8 saylı yekun şərtlərə aiddir. Protokolda hər birinin nominal dəyəri 100 manat olan 100 min ədəd adlı, faizli, sənədsiz və təmin edilməmiş istiqraz göstərilir.

Yeni şərtlərə əsasən, faizlər müvafiq buraxılış üzrə ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək. Protokoldakı hesablama qaydasına görə, bir istiqraz üzrə 30 günlük faiz ödənişi 1 manat 25 qəpik təşkil edir. İstiqrazların nominal dəyəri ilk yerləşdirmə tarixindən 24 ay sonra ödəniləcək.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью