Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
BOKT-un baş icraçı direktoruna müşavir təyin edilib
“Embafinans” şirkətinin baş icraçı direktorunun müşaviri vəzifəsinə təyin olunub.
Bu vəzifəyə Elçin Nəsibov gətirilib.
E.Nəsibov bu vəzifəyə qədər Azərbaycan Sənaye Bankında insan resursları üzrə menecer vəzifəsində çalışıb.
Bundan əvvəl isə “Premium Bank”da İnsan resursları departamenti rəhbərinin müavini, “Azərbaycan Dəmir Yolları” QSC-də İşə qəbul şöbəsinin müdir müavini, “AS Group Investment”də İnsan resursları departamentinin direktoru, “Rabitabank”da İşə qəbul və qiymətləndirmə şöbəsinin müdiri, 2015-2019-cu illərdə “Kapital Bank”da, 2011-2015-ci illərdə isə “Bank of Baku”da müxtəlif vəzifələrdə vəzifələrini tutub.
2004-2008-ci illərdə Qafqaz Universitetində siyasi elmlər üzrə təhsil alıb. İngilis və rus dilini bilir.