BOKT un vəzifəli şəxsi 2 min manat cərimələnib

31.08.2026

Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankının apardığı cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatı Caspian Invest” MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.

Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Tətbiq edilmiş nəzarət tədbirləri” məlumatında bildirilir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Məlumata görə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar BOKT-un vəzifəli şəxsi barəsində tədbir görülüb.

İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən “Caspian Invest” MMC-nin vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilib.

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью