BOKT yaxın günlərdə Naxçıvanda filialını açacaq

08.05.2026

Icma.az, Marja.az portalına istinadən məlumat yayır.

Sürətlə böyüyən maliyyə institutlarından biri olan BOKT “İdeal Kredit” MMC regionlarda xidmət əlçatanlığını artırmaq istiqamətində fəaliyyətini davam etdirir.

Marja xəbər verir ki, bu strategiyanın davamı olaraq yaxın günlərdə Naxçıvanda yeni filialın fəaliyyətə başlaması planlaşdırılır. Yeni filialın açılması şirkətin regional inkişaf strategiyasının mühüm hissəsi olmaqla yanaşı, daha çox müştəriyə operativ və çevik maliyyə xidmətlərinin təqdim edilməsinə imkan yaradacaq.

BOKT “İdeal Kredit” MMC qarşıdakı dövrdə də müştəriyönümlü yanaşmanı, çevik xidmət modelini və filial şəbəkəsinin genişləndirilməsini əsas prioritetlər kimi saxlayaraq dayanıqlı inkişaf istiqamətində fəaliyyətini davam etdirməyi hədəfləyir.

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью