Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) nizamnamə kapitalının məbləği ilə bağlı tələb 3 dəfədən çox artırılıb.
Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti qaydalarda dəyişiklik edib.
İdarə Heyətinin təsdiq etdiyi “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”na əsasən BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb.
Kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata çatdırılıb.
Qeyd edək ki, BOKT dedikdə kredit ittifaqları və digər kredit təşkilatları nəzərdə tutulur.
BOKT-lar öz vəsaiti və ya cəlb edilən vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan şəxsdir.
Azərbaycanın kredit bazarında son illərdə BOKT-ların payı artır.