Saglamolun saytına istinadən Icma.az xəbər verir. Üzümün tərkibində 22-25% qlükoza vardır, bu da bizim toxumalarımız üçün əsl enerji mənbəyi
Üzüm fiziki və zehni yorğunluğu aradan qaldıran ən təsirli vasitədir, halsızlığın müalicəsində əvəzolunmazdır.
Bədənimiz üzümdən alınan enerjinin lazım olan qədərini işlədir, qalan hissəsini isə qaraciyərdə depolayır və bütün qış boyu bu enerjidən istifadə edir.
Tərkibində çox miqdarda olan dəmir və qlükoza qanyaranmanı sürətləndirir, qanazlığını aradan götürür.
Üzüm qaraciyər, böyrək və sinir sistemi xəstəliklərində də əvəzolunmazdır.
Üzümdəki kalsium, kalium, dəmir və başqa minerallar uşaqlarda və böyüklərdə sümükləşməni artırır, osteoporozun, yəni sümük əriməsinin qarşısını alır.
Saglamolun.az medicina.az-a istinadla xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.
Həkim qeyd edib ki, üzümün tərkibində çox miqdarda A, B1, B2, B6, C vitaminləri, fol turşusu və s. vardır.