Bölgə klubları həkimə görə cərimələndi

16.10.2026

Icma.az, Sportal.az saytına istinadən bildirir.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda I Liqanın VII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

11.10.2026-cı il tarixində II Liqada VII turun “Ağstafa Gəncləri”– “Qaradağ Lökbatan” oyununda “Ağstafa Gəncləri” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1)

11.10.2026-cı il tarixində II Liqada VII turun “Ağstafa Gəncləri”– “Qaradağ Lökbatan” oyununun 60-cı dəqiqəsində “Ağstafa Gəncləri” komandasının 7 nömrəli futbolçusu Hüseyn Alıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Ağstafa Gəncləri” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

12.10.2026-cı il tarixində II Liqada VII turun “Difai”– “Şəki” oyununda “Şəki” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəki” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

12.10.2026-cı il tarixində II Liqada VII turun “Difai”– “Şəki” oyununda “Şəki” komandasının həkimi olmadığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Şəki” komandası 250 manat cərimə edilsin (maddə 99, 94, 68);

12.10.2026-cı il tarixində II Liqada VII turun “Zəngəzur” - “Şirvan” oyununda “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

13.10.2026-cı il tarixində II Liqada VII turun “Şəmkir” - “Hypers” oyununda “Şəmkir” komandası təşkilati-texniki öhdəlikləri pozduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Şəmkir” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 68);

13.10.2026-cı il tarixində II Liqada VII turun “Şəmkir” - “Hypers” oyununun 74-cü dəqiqəsində “Hypers” komandasının 4 nömrəli futbolçusu Saleh Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Hypers” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

13.10.2026-cı il tarixində II Liqada VII turun “Şəmkir” - “Hypers” oyununun 61-ci dəqiqəsində “Hypers” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Hypers” komandası 300 manat cərimə edilsin (maddə 86.3);

13.10.2026-cı il tarixində II Liqada VII turun “Dinamo” - “Kür-Araz” oyununda “Dinamo” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Dinamo” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

13.10.2026-cı il tarixində II Liqada VII turun “Dinamo” - “Kür-Araz” oyununda “Kür-Araz” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.1)

13.10.2026-cı il tarixində II Liqada VII turun “Marafon” - “Ağdaş” oyununda “Ağdaş” komandasının həkimi olmadığına görə “Ağdaş” komandası 100 manat cərimə edilsin (maddə 99, 94, 68);

13.10.2026-cı il tarixində II Liqada VII turun “Marafon” - “Ağdaş” oyununda “Ağdaş” komandasının ehtiyat skamyasında adı protokolda olmayan şəxs olduğuna görə “Ağdaş” komandası 100 manat cərimə edilsin (maddə 47.3).

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью