Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Karvan" daha bir futbolçunu heyətinə qatıb.
Oxu.Az klubun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Premyer Liqaya vəsiqə qazanmağı hədəfləyən yevlaxlılar I Liqada mövsümün həlledici anında legioner transferinə ehtiyac duyub.
Yevlaxlılar özbəkistanlı müdafiəçi Behzod Kholikulovu düşərgəsinə cəlb edib. O, mövsümün sonunadək "ağ-qaralar"ın formasını geyinəcək.
Karyerasında ilk dəfə legioner həyatı yaşayacaq Behzod son olaraq ölkəsinin "Soqdiana" klubunun formasını geyinib.