Bölgə klubu oyuna gəlmədi, matç ləğv edildi

28.02.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

II Liqada XIV turun “Şahdağ Qusar” – “Kür-Araz” qarşılaşması baş tutmayacaq.

Futbolpress.az xəbər verir ki, buna səbəb “Kür-Araz” komandasının təyin edilmiş vaxtda stadiona gəlməməsidir. Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.

Qeyd edək ki, meydan sahibi komanda, oyun rəsmiləri təyin olunan vaxtda stadion olub və stadion oyun üçün tam hazır vəziyyətə gətirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью