Bölgə klubu “qırmızı” alan futbolçuların pullarını ödəmir

23.08.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

Azərbaycan II Liqasında çıxış edən “Quba” klubu bəzi futbolçuların pullarını ödəmir.

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik ötən mövsümdən bir neçə oyunçuya borclu qalıb. Bölgə təmsilçisi onların pullarını ödəməyəcək.

Buna səbəb həmin futbolçuların ötən mövsüm qırmızı vərəqə alaraq komandanı ziyana salmasıdır.

Rəhbərlik onlara görə cərimə ödədiyi üçün futbolçulara olan borcları ödəmək niyyətində deyil.

Xatırladaq ki, Quba klubu bu mövsüm də II Liqada çıxış edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью