Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Şamaxı” Rauf Rüstəmlini daha bir mövsüm komandada saxlamaq haqqında düşünür.
İdmanxeber.az-a daxil olan məlumata görə, Ayxan Abbasov yarımmüdafiəçinin komandada qalması üçün çalışır. “Şirlər”in rəhbərliyi müqavilə ilə “Sabah”a məxsus olan futbolçunun daha bir il icarə əsasında “Şamaxı”da oynaması üçün qarşı tərəflə təmasa keçib.
Danışıqlar davam edir və Masazır təmsilçisi bu məsələ ilə bağlı “Şamaxı” klubuna konkret cavab verməkdə tələsmir.