Bölgə klubu Şamaxıda hazırlığa başladı

11.08.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

“Şahdağ Qusar” Şamaxıda təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisi avqustun 10-dan 25-dək Şamaxıda hazırlıq keçəcək.

Komanda toplanış çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Füzuli Məmmədovun yetirmələri avqustun 14-də “Mingəçevir”, 19-da “Ordu”, 24-də isə “Şimal”la qarşılaşacaq.

Qeyd edək ki, “Şahdağ Qusar”ın hazırlığının ilk mərhələsi iyulun 20-də Bakıda baş tutub.

Çempionlar Liqası: “Sabah” “Orhus”a qarşı - YENİLƏNİR “Qəbələ”dən yeni transfer AFFA tərəfindən məşqçilər üçün vebinar keçirilib Namik Ələskərov “Kəpəz”də - RƏSMİ “Kəpəz”dən yeni transfer
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью