Bölgə klubu stadionu temizləməkdən imtina etdi, matç baş tutmadı

01.03.2025

Icma.az, Bizim media saytına istinadən bildirir.

Bu gün II Liqanın XIV turu çərçivəsində keçirilməli olan “Ağdaş” – “Şimal” qarşılaşması baş tutmayıb.
Bizim.Media xəbər verir ki, buna səbəb meydan sahibi klubun qarla örtülmüş ot örtüyünü oyunun reallaşması üçün minimal vəziyyətə gətirmək yönündə hər hansı addım atmamasıdır.
14:00-a təyin olunan oyunla əlaqədar qonaq komanda, hakimlər, AFFA nümayəndəsi, oyun rəsmiləri təyin olunan vaxtda stadionda olublar. Peşəkar Futbol Liqası tərəfindən “Ağdaş” klubuna tövsiyələr və 90 dəqiqə əlavə vaxt verilməsinə baxmayaraq, oyunun baş tutması üçün hər hansı cəhd edilməyib.
Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью