Bölgə klubunda ayrılıq yenidən əcnəbi axtarışındadırlar

08.06.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Belaruslu qapıçı Andrey Sinenka “İmişli”dən ayrılıb.

Futbolpress.az-ın məlumatına görə, qolkiper klubla müddəti başa çatan müqaviləsini uzatmayıb. Sinenkaya Azərbaycandan və ölkəsindən maraq var, lakin hələ rəsmi təklif yoxdur.

“İmişli” qolkiperin yerinə yenidən əcnəbi qapıçı transfer etmək istəyir.

Sinenka 2024-cü ilin avqustundan bölgə klubunun formasını geyinirdi. O, başa çatan mövsümdə Misli Premyer Liqasında 26 oyunda 33 qol buraxıb. Qapıçı 9 matçda “çərçivə”ni toxunulmaz saxlayıb.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью