Bölgə klubunda əcnəbi məşqçi

21.07.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İmişli”də məşqçi təyinatı gerçəkləşib.

Futbolpress.az xəbər verir ki, latviyalı mütəxəssis Ervins Perkons komandanın baş məşqçisi Fərid Namazovun köməkçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

UEFA Pro lisenziyasına malik 35 yaşlı məşqçi 15 ildən artıq peşəkar məşqçilik təcrübəsinə sahibdir. O, Latviyanın “Jelgava” və “Super Nova” klublarında baş məşqçi kimi fəaliyyət göstərib, komandalarla iki dəfə I Liqada çempionluq yaşayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью