Bölgə klubunda vacib oyun öncəsi ciddi itki

12.02.2025

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

“Şamaxı” Misli Premyer Liqasının XXIII turunda qarşılaşacağı “Kəpəz” matçına ciddi itki ilə çıxacaq.

İdmanxeber.az-a verilən məlumata görə, komandanın aparıcı oyunçusu Belajdi Pusi Gəncə klubuna qarşı oynamayacaq. Buna səbəb onun cəzalı olmasıdı.

Pusi ilə yanaşı, komandanın digər önəmli üzvü Leroy Mikelsin də “Kəpəz”ə qarşı oynayıb-oynamayacağı bəlli deyil. Zədəli olan futbolçunun matçda iştirak edib-etməyəcəyi oyun günü bəlli olacaq.

“Kəpəz” – “Şamaxı” görüşü ayın 17-də, saat 16:00-da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью