Bölgə klubunda yeni yarımmüdafiəçi

15.09.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan II Liqasında mübarizə aparan “Difai Ağsu” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Fəzail Şirxanzadəni heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.

Karyerası ərzində “Sabah”ın U-17 və “Qarabağ”ın U-19 komandalarında çıxış etmiş təcrübəli yarımmüdafiəçi yeni mövsümdə “Difai Ağsu”nun uğurları üçün tər tökəcək. O, klubun heyətində “71” nömrəli formanı geyinəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью