Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İmişli”nin 5 gənc futbolçusu Azərbaycanın U-18 milli komandasının seleksiya xarakterli təlim-məşq toplanışında iştirak edir.
Futbolpress.az xəbər verir ki, U-18 yığması sentyabrın 21-dən 23-dək Bakı şəhərində hazırlıq prosesi keçirir.
Bölgə təmsilçisindən milli komandanın düşərgəsinə Əli Zeynalabdinzadə, Məhəmməd Ramazanov, Kənan İmamquliyev, Abbas Zeynalov və Ömər Müslümov qoşulublar.