Bölgə klubunun futbolçusu cəzalandırıldı

08.05.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 24-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

Bununla "Haypers Quba"nın futbolçusu İbrahim Nağıyevin cəzası da müəyyənləşib.

AFFA-nın yaydığı məlumatda bildirilib ki, “Kür-Araz”la oyunun 67-ci dəqiqəsində “Hypers Quba”nın 8 nömrəli futbolçusu İbrahim Nağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, klubu 300 manat cərimə edilsin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью