Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Şahdağ Qusar”ın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib.
Apasport.az xəbər verir ki, komanda iyulun 20-də Bakıda toplanacaq.
Hazırlığın ilk mərhələsi paytaxtda, BOS-da keçiriləcək.
Avqustun 10-da isə klub Şamaxıya yollanacaq. Hazırlığın ikinci mərhələsi avqustun 24-dək burada davam edəcək.
Komanda yeni mövsümə hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu da keçirəcək. Qarşılaşmaların tarixi və keçiriləcəyi məkanlar barədə əlavə məlumat daha sonra veriləcək.
Freddi Varqas “Neftçi”yə qayıdır? Millimizin üzvü Polşa klubunda “Şamaxı”dan növbəti transfer - RƏSMİ Olise DÇ-da rekord qırdı – Peleni geridə qoydu Qusarda "Media Kuboku - 2026" minifutbol turniri start götürüb