Bölgə klubunun “qol orucu”

06.10.2025

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu mövsüm elitada çıxış edən “Karvan-Yevlax” uğursuz seriyadadır.

Futbolpress.az-ın məlumatına görə, bölgə təmsilçisi Premyer Liqada 5 oyundur, nə qələbə qazanır, nə qol vurur. Mövsümə “Qəbələ” heç-heçəsi (1:1) ilə başlayan, daha sonra “Kəpəz”ə 3 qol vuraraq qalib gələn bölgə təmsilçisi enişdədir. Azər Həşimovun rəhbərlik etdiyi komanda son 5 turda cəmi 1 dəfə heç-heçə edib. Qapıçı Kamran İbrahimovun əla seyvlərlə yadda qaldığı “Neftçi” ilə oyundan bir xalla dönən “Karvan-Yevlax” dünən də “Sabah”a uduzub – 0:2.

Qolu unudan debütant son 5 oyunda 10 qol buraxıb.

“Karvan-Yevlax” 7 turdan sonra 5 xalla 10-cu sıradadır.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью