Bölgə klubunun rəsmisi: “Əzmkar komanda yarada bilmişik”

13.11.2024

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“İmişli” Azərbaycan I Liqasında 7 turdan sonra 13 xalla 3-cü sırada qərarlaşıb. Bölgə təmsilçisi lider “Karvan”dan 5 xal geri qalır.

Son turda “Zaqatala”nı məğlub etməklə “üçlüy”ə yüksələn “İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlov “FutbolPress“ə açıqlamasında qələbəni şərh etdi:

“Zaqatala” ilə oyun çox vacib idi. Turnir cədvəlində yerimizi möhkəmləndirdik və Zəfər Günündə qələbə qazandıq. Oyunçular yaxşı hazırlaşmışdı və tam matça köklənmişdik. Düşünürəm, qələbəyə daha layiq idi. “Zaqatala” da yaxşı komandadır, hesab açdıqdan sonra yenə qapımızda təhlükə yaratdılar”.

Funksioner əzmkar komanda qurduqlarını və qarşıdakı matçlarda daha yaxşı olacaqlarını qeyd etdi:

“İmişli” indi özünə gəlir. Əzmkar komanda yarada bilmişik. Qarşıdakı turlarda futbolçularımız potensiallarını tam açacaqlar. Tam uyğunlaşmaları üçün zamana ehtiyac var idi. Təəssüf ki, bu dövrdə xallar itirdik. Çempionat yeni başlayıb, qarşıda uzun marafon var. İnşallah, daha yaxşı çıxış edəcəyik”.

Şahin Cəfərov

Əsas xəbərlər, Ölkə futbolu “Zaqatala” “İmişli”yə uduzdu, “Baku Sportinq”dən səfər qələbəsi

8 Noyabr 2024, 16:10

Əsas xəbərlər, Ölkə futbolu “İmişli”yə seminar keçirildi

27 Oktyabr 2024, 12:24

Əsas xəbərlər, Ölkə futbolu “Qəbələ”dən növbəti xal itkisi

26 Oktyabr 2024, 19:55

Əsas xəbərlər, Ölkə futbolu Kərimov: “Bunun davamını gətirməyə çalışacağıq”

17 Oktyabr 2024, 9:48

Əsas xəbərlər, Ölkə futbolu Mərkəzi oyunu “Karvan” qazandı

16 Oktyabr 2024, 17:04

Əsas xəbərlər, Ölkə futbolu I Liqada tur başlayır: Yevlaxda iddialıların dueli olacaq

16 Oktyabr 2024, 11:23

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью